BAKI, 15 noyabr. TELEQRAF
“Bu yaxınlarda Gürcüstandan məlumat aldım ki, orada qeydiyyatdan keçə bilməyən bəzi gürcü qərbyönümlü QHT-lər, eləcə də vətənində "təzyiqlərə" məruz qalan şəxslər Ermənistana gəlib və burada hökumət səviyyəsində səmimi qarşılanıblar”.
Teleqraf xəbər verir ki, bu barədə erməni politoloq Arman Qriqoryan sosial hesabında yazıb.
"Mənə dedilər ki, onlar ya Ermənistanda qeydiyyatdan keçiblər, ya da qeydiyyata düşmək üzrədirlər. Onu da bildirdilər ki, bu, artıq dövlətlərarası münasibətlərdə gərginliyə səbəb olub. Əgər bu, doğrudursa, ciddi ictimai müzakirə obyektinə çevrilməlidir", deyə, politoloq qeyd edib.