BAKI, 24 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Kanada ilə ticarət danışıqlarını dayandırdığını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Tramp "Truth Social" sosial platformasında paylaşım edib.

Buna səbəb Kanada rəsmilərinin ABŞ-nin sabiq prezidenti Ronald Reyqanın tariflərə qarşı çıxışını əks etdirən reklam çarxının nümayişini maliyyələşdirməsi olub.

Tram qeyd edib ki, sözügedən reklam “ABŞ-nin Ali Məhkəməsinə və digər məhkəmələrə təsir göstərmək məqsədi daşıyır”.

“Tariflər ABŞ-nin milli təhlükəsizliyi və iqtisadiyyatı üçün çox vacibdir. Bu qərəzli addımlar səbəbindən Kanada ilə bütün ticarət danışıqları dayandırılıb”, - deyə Tramp vurğulayıb.