BAKI, 21 oktyabr. TELEQRAF
Slovakiya Avropa İttifaqının Rusiyaya qarşı 19-cu sanksiyalar paketini dəstəkləməyə hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Yuray Bllanar məlumat verib.
Nazirin sözlərinə görə, ölkə Avropa Komissiyası ilə sıx təmasdadır, həmçinin Komissiya Slovakiyanın elektrik enerjisi qiymətləri və iqlim hədəfləri ilə bağlı iradlarını nəzərə almağa hazırdır.
“Bu gün deyə bilərəm ki, təkliflərimizin əksəriyyəti qəbul edilib və Avropa Şurasında müzakirə olunacaq yekun sənədlərə daxil edilib”, – deyə Bllanar bildirib.
O əlavə edib ki, Avropa Komissiyası Slovakiyanın tələblərini qəbul edir və bu tələblər sənədlərə salındıqdan sonra, digər ölkələrin dəstəyi ilə Bratislava sanksiyalar paketinə müsbət yanaşacaq.