BAKI, 18 oktyabr. TELEQRAF

Çin Xalq Respublikasının sədri Si Cinpin doqquz yüksək rütbəli hərbçini vəzifədən azad edib.

Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, vəzifədən azadetmələr orduda korrupsiyaya qarşı mübarizə və silahlı qüvvələrdə sədaqətin gücləndirilməsi məqsədilə həyata keçirilən növbəti kampaniya çərçivəsində baş tutub.

Vəzifəsindən azad olunanlar arasında Çinin ən nüfuzlu generallarından biri olan He Veydun ciddi intizam pozuntuları və səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.