BAKI, 17 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin oktyabrın sonunda Çin lideri Si Cinpinlə planlaşdırılan görüşünə qədər həll olunacağına ümid etdiyini bildirib.
Teleqraf xəbər verir ki, Ukrayna məsələsinin Çin rəhbəri ilə qarşıdakı danışıqların gündəliyinə salınması ilə bağlı sualı cavablandıran Amerika lideri qeyd edib ki, o, vəziyyətin həmin vaxta kimi həllini gözləyir.