BAKI, 10 oktyabr. TELEQRAF

Düşənbədə keçirilən MDB sammitində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev təşkilatın dünya arenasındakı nüfuzunun və etibarının möhkəmləndirilməsini vacib vəzifə kimi qiymətləndirib.

Teleqraf xəbər verir ki, bu barədə Akorda (Qazaxıstan Prezident Administrasiyası) məlumat yayıb.

Kasım-Jomart Tokayev Qazaxıstanın MDB-nin beynəlxalq əlaqələrinin fəallaşdırılmasının ardıcıl tərəfdarı olduğunu xüsusi vurğulayıb.