BAKI, 10 oktyabr. TELEQRAF
Ukraynanın döyüş bölgəsində üzləşdiyi əsas çətinlik maliyyə çatışmazlığı ilə bağlıdır.
Teleqraf xəbər verir ki, bu barədə yerli “Strana.ua” nəşri məlumat yayıb.
Məqalədə qeyd olunur ki, maliyyə problemləri son üç il ərzində vaxtaşırı müşahidə edilsə də, bu il vəziyyət daha da kəskinləşib.
Nəşrin məlumatına görə, hazırkı böhran ABŞ prezidentinin Kiyevə yardımı dayandırması, Avropa müttəfiqlərinin özlərinin iqtisadi çətinliklər yaşaması və ölkə büdcəsinin böyük hissəsinin pilotsuz uçuş aparatlarının istehsalına yönəldilməsi ilə əlaqədardır.