BAKI, 1 sentyabr. TELEQRAF

Çində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Dövlət Başçıları Şurasının iclası başlayıb.

Teleqraf xəbər verir ki, tədbiri Çin Prezidenti Si Cinpin açıb.

Dövlət başçısı bildirib: “Çinin ŞƏT-ə üzv ölkələrin iqtisadiyyatına sərmayələri 84 milyard dolları ötüb.

Mümkün qədər tez ŞƏT İnkişaf Bankının yaradılmasına ehtiyac var. Çin hegemonluğa qarşıdır. Biz azad ticarətin təşviqi üçün çalışırıq.

ŞƏT ölkələrinin iqtisadiyyatlarının həcmi 3 milyard dollara yaxınlaşıb və təşkilatın iqtisadi təsiri artır. Çin ŞƏT-in inkişafı üçün bütün ölkələrlə səyləri birləşdirməyə hazırdır”.