BAKI, 30 avqust. TELEQRAF

Avqustun 31-də Rusiya Prezidenti Vladimir Putinin Çinə dördgünlük səfəri başlayır.

Teleqraf xəbər verir ki, səfər çərçivəsində Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının iclasında iştirak edəcək, Çin Sədri Si Cinpinlə danışıqlar aparacaq.

Rusiya lideri, həmçinin İkinci Dünya müharibəsində Qələbənin və Çin xalqının Yaponiya təcavüzünə qarşı müqavimət müharibəsində qələbəsinin 80 illiyi ilə bağlı bayram tədbirlərində iştirak edəcək.