BAKI, 22 avqust. TELEQRAF

Amerikalı gitaraçı və "Mastodon" metal-qrupunun həmtəsisçisi Brent Haynds motosiklet qəzasında dünyasını dəyişib.

B.Hinds 2000-ci ildən - yarandığı gündən üzvü olduğu qrupdan mart ayında ayrılıb. Amma musiqiçinin ölüm xəbəri də elə "Mastodon"un sosial şəbəkəsində yayılıb.

B.Hayndsın "Harley Davidson" motosikletinin yolsuzluq avtomobili ilə toqquşması nəticəsində həlak olduğu bilidirilir.