BAKI, 18 dekabr. TELEQRAF
Kabildə keçirilən Qırğızıstan-Əfqanıstan Biznes Forumundan sonra 157 milyon dollar dəyərində mal və xidmətlərin tədarükü üçün 11 niyyət müqaviləsi imzalanıb.
Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstanın İqtisadiyyat və Ticarət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, Qırğızıstan Əfqanıstana göstərilən məbləğdə mal və xidmətlər tədarük edəcək.
Müqavilələr telekommunikasiya avadanlıqları, sement, ayaqqabı, dərmanlar, bal, logistika xidmətləri və kənd təsərrüfatı məhsulları kimi sahələri əhatə edir.
Xatırladaq ki, bundan əvvəl Əfqanıstanın paytaxtında Qırğızıstan Ticarət Evinin açılıb.