BAKI, 18 dekabr. TELEQRAF
Ələt-Astara magistralının qadağan olunmuş ərazilərində mal-qara otarılır. Mövcud vəziyyət magistralın Cəlilabad rayonundan keçən hissəsində tez-tez baş verir.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, rayonun Uzuntəpə kəndində magistralın ətrafından çəkilmiş hasarlar xüsusi alətlərlə kəsilərək oradan yol kənarına heyvanlar buraxılır.
Kənd sakini Namiq Sadıqovun sözlərinə görə, hər gün baş verən bu hal yoldan keçən sürücülər üçün ciddi təhlükə yaradır. Nəzarətsiz qalan heyvanlar istənilən vaxt yolun hərəkət hissəsinə çıxması ilə ciddi yol qəzalarına səbəb ola bilər. Kənd sakinləri bu məsələnin aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülməsini istəyirlər.