BAKI, 19 avqust. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampla telefon danışığında Volodimir Zelenski ilə görüşə hazır olduğunu bildirib.

Teleqraf xəbər verir ki, bu barədə "AFP" məlumat yayıb.

Rusiya liderinin adından yayılan bu açıqlamanı hələlik nə Kreml, nə də Ağ Ev təsdiqləyib.

Ağ Ev rəhbərinin Zelenski və Avropa liderləri ilə görüşündən sonra Vladimir Putin və Donald Tramp arasında telefon danışığı olub. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Putin və Tramp Rusiya və Ukrayna nümayəndə heyətləri arasında birbaşa danışıqların aparılmasını dəstəkləyiblər.