BAKI, 19 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Avropa liderləri ilə görüşü yarımçıq dayandıraraq rusiyalı həmkarı Vladimir Putinə zəng edib.
Teleqraf xəbər verir ki, bu barədə Almaniyanın "Вild" qəzeti yazıb.
Kremlin sözçüsü Yuriy Uşakov bildirib ki, bu danışıq ABŞ tərəfinin təşəbbüsü ilə həyata keçirilib.
Telefon danışığı təxminən 40 dəqiqə davam edib.
Prezidentlər Rusiya-Ukrayna birbaşa danışıqlarının səviyyəsinin yüksəldilməsi ideyasını dəstəkləyiblər.
Tramp Putinə Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderləri ilə aparılan müzakirələrin mahiyyəti barədə məlumat verib.
Tərəflər həmçinin digər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Hər iki prezident Rusiya və Ukrayna nümayəndə heyətləri arasında birbaşa danışıqların vacibliyini vurğulayıblar.
Rəsmi təsdiqlənməmiş məlumata görə, Vladimir Putin ABŞ lideri Donald Trampla telefon danışığında Volodimir Zelenski ilə görüşə hazır olduğunu bildirib.