BAKI, 17 avqust. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin Alyaskada Ukrayna Silahlı Qüvvələrinin Donbasdan çıxarılmasını təklif edib.
Teleqraf xəbər verir ki, bu barədə Avropa İttifaqı rəsmi şəkildə açıqlama yayıb.
Qurumun Ukraynadakı səfiri Katerina Maternova bildirib: "Prezident Tramp Ankoricdə atəşkəsdə israr etməməyi seçib. Bunun əvəzində Putin qondarma "sülh təklifi" təqdim edib ki, bu da əslində təcavüzkarın diktəsindən başqa bir şey deyil: Ukraynanın, məsələn, öz ərazisinin şərq hissəsini təslim edəcəyi gözlənilir ki, bu da Putinin hərbi yolla əldə etdiyi imkanlardan kənara çıxır".
O bildirib ki, Rusiya ilə heç bir kompromis olmamalıdır və Avropa əslində təslimiyyət demək olan sülhə imkan verməyəcək.