BAKI, 17 avqust. TELEQRAF

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranda Sistan və Bəlucistan əyalətində terror hücumları hazırlayan iki terror qruplaşmasını məhv edib.

Teleqraf xəbər verir ki, 6 terrorçu öldürülüb, ikisi isə əsir götürülüb.

İnqilab Keşikçiləri Korpusunun və kəşfiyyat xidmətlərinin keçirdiyi əməliyyatlar zamanı əldəqayırma partlayıcı qurğular və 25 kq partlayıcı maddə aşkar edilib.