BAKI, 16 avqust. TELEQRAF

ABŞ və Rusiya Prezidentləri Donald Trampla Vladimir Putin birifinqdən sonra nahar edəcəklər.

Teleqraf liderlər üçün hazırlanmış menyunu təqdim edir.

Süfrəyə əvvəlcə şampan sirkəsində yaşıl salat veriləcək. Yanında isə rozmarin-limon yağı ilə turş mayalı çörək olacaq.

Ziyafətin əsas yeməkləri isə Brendi və istiotlu sousla hazırlanmış dana filesi ilə mayonez və soğan sousunda bişmiş halibut balığıdır (Olimpiya üsulu).

Ara yeməklər kimi kərə yağında çırpılmış kartof püresi və qovrulmuş qulançar təqdim ediləcək.

Liderlər desert olaraq dondurmalı krem-brüle yeyəcəklər.

***

Rusiya mətbuatı nümayəndə heyətləri üçün nəzərdə tutulan naharın ləğv olunduğunu yazıb.