BAKI, 16 avqust. TELEQRAF

ABŞ Prezideni Donald Tramp ölkənin ilk prezidentliyə qadın namizədi olmuş Hillari Klinton barədə fikirlərini bölüşüb.

Teleraf xəbər verir ki, o, məşhur xanıma bundan sonra "rəğbət bəsləyə biləcəyini" deyib.

Xatırladaq ki, H.Klinton hazırki ABŞ Prezidentini Nobel Sülh Mükafatına namizəd irəli sürməyə hazır olduğunu bildirib. Bununla belə, qeyd edib ki, bunun üçün Tramp Ukraynadan ərazi güzəşti tələb etməyən sülhə razılaşmalıdır.

Daha əvvəl Trampın namizədliyini Azərbaycan, Kamboca, Qabon, İsrailin dövlət başçıları, Pakistan hökuməti və Ruandanın xarici işlər naziri Olivye Nduhungirehe dəstəkləyib.