BAKI, 15 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Trampla danışıqların ilk mərhələsində Rusiyanı xarici işlər naziri Sergey Lavrov və Vladimir Putinin köməkçisi Yuri Uşakov təmsil edəcək.

Teleqraf xəbər verir ki, bunu CNN-ə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

***

Rusiya lideri Vladimir Putinlə Amerika Prezidenti Donald Tramp arasında görüşün formatı açıqlanıb.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Məlumata görə, liderlər təkbətək deyil, “üçün üçə” formatında danışıqlar aparacaqlar.

Daha öncə ölkə başçılarının görüşünün təkbətək olacağı haqda məlumatlar yayılmışdı.