BAKI, 15 avqust. TELEQRAF

Rusiya nümayəndə heyəti Alyaska sammiti zamanı müvəqqəti telefon və kompüterlərdən istifadə edə biləcəklər.

Teleqraf xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilib ki, belə bir tədbirə əl atılmasında məqsəd casusluğun qarşısını almaqdır. Bundan başqa, nümayəndə heyətinin üzvlərinə məlumat sızmasının qarşısını almaq üçün də təlimat veriləcək.

Yazıda Rusiya Prezidenti Vladimir Putinin vaxtilə kəşfiyyatda işləməsinə də toxunulub.

“Putinin təlimə ehtiyacı yoxdur”, - məlumatda vurğulanıb.