BAKI, 13 avqust. TELEQRAF

“Putinlə növbəti görüş olmaya bilər".

Teleqraf xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə Alyaskada nəzərdə tutulan görüşündən danışarkən deyib.

Tramp jurnalistlərə bildirib: "Ehtiyac duyduğumuz cavabları almasam, düşünəcəyəm ki, növbəti görüşün keçirilməsi məqsədəuyğun deyil, o zaman ikinci görüş də olmayacaq”.