BAKI, 12 avqust. TELEQRAF

"BMT Ukraynadakı münaqişənin sülh yolu ilə həlli məsələsində öz üzvlərinin konstruktiv dialoqunu alqışlayır".

Teleqraf xəbər verir ki, bunu brifinqdə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik avqustun 15-də Alyaskada Rusiya və ABŞ-nin sammitindən dünya təşkilatının gözləntiləri ilə bağlı sualı cavablandırarkən deyib:

“Biz üzv ölkələr arasında Ukrayna məsələsində konstruktiv dialoqu alqışlayırıq".

Düjarrik əlavə edib ki, BMT Ukrayna böhranının həlli üçün beynəlxalq hüquqa və onun nizamnaməsinə uyğun istənilən səyləri dəstəkləməyə hazırdır.