BAKI, 12 avqust. TELEQRAF
ABŞ-nin Sintsinnati şəhərində tennis turnirinin oyunları stadionda elektrik enerjisinin kəsilməsi səbəbindən ləğv edilib.
Teleqraf xəbər verir ki, bu barədə Peşəkar Tennis Assosiasiyası məlumat yayıb.
Təxminən 75 dəqiqə elektrik kəsilib, bundan sonra oyun yenidən başlayıb.
Yunan idmançı Stefanos Sitsipasla fransalı Benjamin Bonzi və amerikalı Taylor Fritslə italyan Lorenzo Soneqo arasında görüşlər bir saatdan çox dayandırılıb.
Oyunun davamından sonra ABŞ idmançısı ilk seti qazanıb.