BAKI, 21 iyul. TELEQRAF
"Los Çoneros" narkotik kartelinin başçısı, Fito adı ilə tanınan və bir il yarım gizləndikdən sonra iyun ayında ələ keçirilən Adolfo Masias Ekvadordan ABŞ-yə ekstradisiya edilib.
Teleqraf xəbər verir ki, bu barədə "Ecuavisa" telekanalı məlumat yayıb.
Məlumata görə, ABŞ Ədliyyə Nazirliyinin təyyarəsi cinayətkarı Ekvador Hərbi Hava Qüvvələrinin bazasından götürüb.
ABŞ-də o, beynəlxalq kokain ticarəti, qaçaqmalçılıqda ittiham olunur.
Narkobaronun həbsi iyunun 25-də elan edilib. Fito 2024-cü ilin yanvarında qaçdıqdan sonra Ekvadorda iğtişaşlar başlayıb. Onlarla mühafizəçi girov götürülüb. Quldurlar televiziyanın binasını ələ keçirərək, canlı efirdə hər kəsi silahla hədələyiblər. Ölkədə fövqəladə vəziyyət elan edilib və paytaxt küçələrində tanklar görünüb.