BAKI, 20 iyul. TELEQRAF
Əfqanıstanda hakimiyyətdə olan Taliban islamçı hərəkatının nümayəndələri Kabilin qərbində onlarla gənc qadını saxlayıblar.
Teleqraf xəbər verir ki, bu barədə “Afganistan International” məlumat yayıb.
Telekanalın məlumatına görə, iyulun 18-də və 19-da baş verən həbsləri Fəzilətin Təbliği və Pisliklərin qarşısının alınması Nazirliyinin əməkdaşları həyata keçirib. Şahidlərin dediyinə görə, qadınları küçədən və xiyabanda dayanmış iki mikroavtobusdan götürərək aparıblar.
Taliban fiziki güc tətbiq edib, əməliyyatlarda heç bir qadın polis iştirak etməyib.
Məhbuslardan bəzilərinin taleyi məlum deyil və ailələri onlardan narahatdırlar. Qadınlardan bəziləri gecəni həbsdə keçirdikdən sonra qohumlarından yazılı zəmanəti ilə sərbəst buraxılıb.