BAKI, 20 iyul. TELEQRAF

İran və Rusiya iyulun 21-də Xəzər dənizində üçgünlük "CASAREX 2025" təlimlərinə başlayacaq.

Teleqraf xəbər verir ki, məlumatı Tasnim agentliyi yayıb.

Təlimlərdə hər iki ölkənin hərbi-dəniz qüvvələrinin və İran İslam İnqilabı Keşikçiləri Korpusunun şəxsi heyətinin iştirak edəcəyi bildirilir.