BAKI, 19 iyul. TELEQRAF

Avropa İttifaqı Belarusa qarşı sanksiyaları genişləndirib.

Teleqraf xəbər verir ki, bu barədə Avropa İttifaqının Rusiya Federasiyasına qarşı 18-ci sanksiyalar paketinin tətbiqi ilə bağlı qətnamədə bildirilir.

Belarusa məxsus səkkiz hüquqi şəxsi qara siyahıya salınıb. Bu sıraya "Legmash" zavodu və "Belvneshpromservice" müəssisəsi də daxildir.