BAKI, 18 iyul. TELEQRAF
Bakıda saxlanılan Rusiya vətəndaşları, "Sputnik Azərbaycan"ın rəhbəri İqor Kartavıx və şef-redaktoru Yevqeni Belousovun yaxınları onları ziyarət edib.
Bu barədə Teleqraf-a Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkiliyindən (Ombudsman) məlumat verilib.
Bildirilib ki, həbs olunan şəxslərin Ombudsmana müraciət edən ailə üzvləri Aparatda qəbul ediliblər.
Onların yaxınları ilə görüşləri ilə barədə müraciətləri Ombudsman tərəfindən təmin olunub.
Ombudsmanın MPQ üzvləri tərəfindən qəbul edilmiş saxlanılan şəxslər saxlanılma şəraiti və onlarla rəftardan şikayət etməyiblər. Görüş və tibbi yardımla bağlı müraciətlərinin təmin olunduğunu bildiriblər.
O da qeyd olunub ki, məsələ Ombudsmanın diqqətində saxlanılır.