BAKI, 16 iyul. TELEQRAF
Rusiyanın Yekaterinburq şəhərində fəaliyyət göstərən “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri, vəkil Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski barəsində 2 ay həbs qətimkan tədbiri seçilib.
Teleqraf xəbər verir ki, M.Şıxlinski məhkəmədən ev dustaqlığına buraxılmasını istəyib.
O, özünü təqsirli bilməyib və həbsini qanunsuz hesab edir.
Həbs qərarından apellyasiya şikayəti veriləcəyi bildirilib.
***
19:32
Rusiyanın Yekaterinburq şəhərində fəaliyyət göstərən “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri, vəkil Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinskinin məhkəmə prosesi başa çatıb.
Teleqraf xəbər verir ki, hakimlər müşavirədən sonra qərarı elan ediblər.
Qərara əsasən, Mutvalı Şıxlinski haqqında 2 ay həbs qətimkan tədbiri seçilib.
***
19:25
Rusiyanın Yekaterinburq şəhərində fəaliyyət göstərən “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri, vəkil Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinskinin məhkəmə prosesi davam edir.
Teleqraf xəbər verir ki, hazırda hakimlər qərar üçün müşavirəyə gediblər.
***
18:42
Rusiyanın Yekaterinburq şəhərində fəaliyyət göstərən “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri, vəkil Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinskinin məhkəmə prosesi qapalı şəraitdə davam etdirilir.
Teleqraf xəbər verir ki, jurnalistlər zaldan çıxarılıb.
Bildirilib ki, Mütvala Şıxlinski ifadə verəcək.
18:08
Rusiyanın Yekaterinburq şəhərində fəaliyyət göstərən “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri, vəkil Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinskinin məhkəmə prosesi başlayıb.
Teleqraf xəbər verir ki, hazırda məhkəmə iclas keçirilir.
***
17:20
Rusiyanın Yekaterinburq şəhərində fəaliyyət göstərən “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri, vəkil Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinskinin məhkəmə prosesinin başlaması yubanır.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Qeyd olunub ki, Mutvalı Sıxlinski ilə bağlı araşdırmalar davam etdiyi üçün iclas ləngiyir.
Xatırladaq ki, iclas Bakı vaxtı ilə saat 15:00-da baş tutmalı idi.
15:16
Rusiyanın Yekaterinburq şəhərində fəaliyyət göstərən “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri, vəkil Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski məhkəməyə gətirilib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
O, "Mercedes-Benz G-Class" markalı avtomobillə xüsusi təyinatlı vurmaqda ittiham olunur.
İstintaqın M. Şıxlinski haqqında həbs qətimkan tədbiri seçilməsi ilə bağlı təqdimat veriləcəyi bildirilir.