BAKI, 16 iyul. TELEQRAF

"Türkiyə kimi ölkə ilə barışmaq olmaz deyirlərsə, belə bir sual yaranır, müharibəyə getmək lazımdır?"

Teleqraf xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 16-da keçiridiyi mətbuat konfransında deyib.

"Nə danışdıqlarını başa düşmürlər. Tükiyə kimi ölkə ilə müharibə etməliyik?"

Paşinyan əmindir ki, xalq Azərbaycanla sülh gündəmini dəstəkləyir.