BAKI. 16 iyul. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp iyulun 16-da Ağ Evdə Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tanini ilə görüşəcək.

Teleqraf xəbər verir ki, görüş zamanı Qəzza zolağında atəşkəs və İran ətrafındakı vəziyyət müzakirə ediləcək.

Bildirilir ki, ABŞ lideri yeni nüvə sazişinə nail olmaq üçün Vaşinqton və Tehran arasında danışıqların bərpasına çalışır, həmçinin HƏMAS silahlıları tərəfindən oğurlanmış və Qəzza zolağında saxlanılan israilli girovlarının azad edilməsinə nail olmaq istəyir.