ANKARA, 15 iyul. TELEQRAF
"15 İyul qəhrəmanlıq və böyük bir xəyanətin yaşandığı gündür".
Teleqraf-ın Ankaraya ezam olunan əməkdaşı xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə parlamentdə "Zəfərin adı Türkiyə" adlı tədbirdə deyib.
"Demokratiyaya və azadlığa sahib çıxdığımız, xalqın iradəsini qorumaq üçün meydanlara axışdığımız bir tarixdir. Prezident Rəcəb Tayyib Ərdoğanın milləti küçələrə, meydanlara çağırması ilə cəsur xalqımız canı bahasına demokratiyanı müdafiə etdi. Həmin gecə hər yerdə qəhrəmanlıq tarixi yazıldı. Xəyanətin də, qəhrəmanlığın da şahidi olduq. Hər kəs tarix yazdı – kimlərsə canıyla, kimlərsə qəhrəmanlığı ilə. Bütün şəhidlərimizi ehtiramla yad edirik, onlara Allahdan rəhmət diləyirik", -deyə N. Kurtulmuş bildirib.