BAKI, 10 iyul. TELEQRAF
Rusiyanın Yekaterinburq vilayətində həbs olunan Ayaz və Akif Səfərov qardaşlarının apellyasiya şikayəti qismən təmin olunub.
Teleqraf xəbər verir ki, bu barədə Sverdlovsk vilayət məhkəməsinin məlumat yayıb.
Məlumata görə, Ayaz Səfərova qarşı həbs-qətimkan tədbiri seçib. Vəkillər bu qərardan apellyasiya şikayəti versə də, Sverdlovsk vilayət məhkəməsi qərarı qüvvədə saxlayıb.
Qeyd edilir ki, onun qardaşı Akif Səfərov barəsində də həbs qərarı çıxarılıb.
"Lakin vəkillərin apellyasiya şikayətindən sonra vilayət məhkəməsi bir sıra prosessual pozuntular aşkar edib. Bu səbəbdən işin materialları birinci instansiya məhkəməsinə qaytarılıb və sənədlərin yenidən baxılması üçün təkrar icraata yönləndirilib",- məlumatda deyilir.