BAKI, 8 iyul. TELEQRAF

Rusiya NATO-nun Baltik dənizində hərbi varlığının artırılmasına adekvat cavab verəcək .

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Stokholmdakı səfiri Sergey Belyayev "İzvestiya"ya müsahibəsində bildirib .

Onun sözlərinə görə, Şimali Atlantika Alyansına üzv ölkələr Rusiyanın gəmiçilik imkanlarını süni şəkildə məhdudlaşdırmaq məqsədi ilə regionu hərbiləşdirir.

Belyaev vurğulayıb ki, Baltik dənizi Rusiyanın maraqlarının qeyd-şərtsiz sahəsidir və Rusiya Qərbin Rusiyanın Baltikyanı limanlarını bağlamaq cəhdlərinə, eləcə də Sankt-Peterburq və Kalininqraddan dənizə çıxışa qarşı fəal şəkildə mübarizə aparacaq .