BAKI, 4 iyul. TELEQRAF

İsrailli əsirlərin yaxınları Baş nazir Benyamin Netanyahuya məktub yazaraq "məhbus mübadiləsi anlaşması" tələb ediblər.

Teleqraf "TRT Haber"ə istinadən xəbər verir ki, israilli məhbus ailələrinin yaxınları HƏMAS-ın təkliflərinin nəzərdən keçirilməsini vacib sayırlar.

"İsrailin İrana hücumundan sonra regionda yeni reallıqlar yaranıb. Netanyahu hökuməti İsraildə saxlanılan bütün fələstinliləri azad etməli və HƏMAS-ın həbs etdiyi bütün israillilərin sərbəst buraxılmasına nail olmalıdır" - deyə, məktubda qeyd edilir.