BAKI, 1 iyul. TELEQRAF
"Ermənistan və Avropa İttifaqı arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq deklarativ xarakter daşıyır və uzun müddət də belə qalacaq".
Teleqraf xəbər verir ki, bu barədə erməni politoloqu David Arutyunov bildirib.
O qeyd edib: "Çətin ki, avropalılar Ermənistana indikindən - Azərbaycanla sərhəddə monitorinq missiyasından daha ciddi bir şey təklif etsinlər. Üstəlik, Avropa İttifaqının İrəvana görə başını ağrıtmaq istəmir: ona Bakının hərbi-siyasi müttəfiqi - Ankara ilə problem lazım deyil.
Xatırladaq ki, bu gün Ermənistan və Avropa İttifaqı rəsmi şəkildə müdafiə sektorunda əməkdaşlığı müzakirə etməyə başlayıb.