BAKI, 26 iyun. TELEQRAF

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan Ordusunu Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.

Teleqraf xəbər verir ki, bu barədə qurumun "X" hesabında paylaşım edilib.

"Azərbaycan Silahlı Qüvvələrinin 107-ci ildönümü mübarək olsun! Qardaş Azərbaycanın təhlükəsizliyi və əmin-amanlığı naminə gecə-gündüz demədən xidmət edən qəhrəman Azərbaycan Ordusunu hörmət və ehtiramla salamlayırıq. "Bir millət, iki dövlət" şüarı ilə: Hər zaman bir ürək, bir yumruq olaraq birlik və bərabərliyimizi qorumağa davam edəcəyik! "- paylaşımda deyilir.