BAKI, 24 iyun. TELEQRAF
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) çərşənbə axşamı üç avropalının casusluq ittihamı ilə həbs edildiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu açıqlama İran və İsrail arasında 12 günlük müharibədən sonra atəşkəsin qüvvəyə mindiyi bir vaxtda verilib.
İnqilab Keşikçiləri Korpusunun “Sepah News” xəbər saytı ölkənin cənubunda SEPAH-a bağlı təhlükəsizlik qüvvələri tərəfindən bir avropalının həbs edildiyini bildirib.
Sayt saxlanılan avropalının kimliyini açıqlamayıb, yalnız onun "İrana turist kimi daxil olduğunu" və "hərbi saytlarda kəşfiyyat məlumatı topladığını" bildirib, əlavə təfərrüat təqdim etməyib.
Bazar ertəsi İran hakimiyyəti Həmədan vilayətində daha bir Avropa vətəndaşını İsrailin xeyrinə casusluqda şübhəli bilinərək həbs edib.
İyunun 13-də İran-İsrail müharibəsinin başlamasından bəri İran mediası son günlərdə dəfələrlə İranda İsrailin xeyrinə casusluqda ittiham olunan bir neçə şəxsin həbs edildiyini açıqlayıb.