BAKI, 23 iyun. TELEQRAF

Səudiyyə Ərəbistanı Krallığı İranın Qətər dövlətinə raket hücumunu qəti şəkildə pisləyib.

Teleqraf xəbər verir ki, Səudiyyə hücumu beynəlxalq hüququn və mehriban qonşuluq prinsiplərinin kobud şəkildə pozulması adlandırıb.

Krallıq qardaş Qətər dövlətinə tam həmrəyliyini və sarsılmaz dəstəyini ifadə edərək, hücuma cavab olaraq görəcəyi istənilən tədbirə kömək etmək üçün bütün resurslarını Dohanın ixtiyarına verəcəyini bəyan edib.

"Səudiyyə Ərəbistanı Qətərin suverenliyinə, təhlükəsizliyinə və sabitliyinə hər hansı təhlükə qarşısında onu dəstəkləməkdə qəti mövqeyini bir daha təsdiqləyir", - deyə açıqlamada bildirilib.