BAKI, 24 iyun. TELEQRAF

Ukrayna PUA-larla Moskvaya hücum edib. PUA-lardan biri Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.

Teleqraf xəbər verir ki, iki pilotsuz təyyarənin vurulması ilə bağlı xəbərlər "Telegram" kanalında saat 3 radələrində yayılıb.

İyunun 20-də Sobyanin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində bəyan edib ki, Moskva ətrafında quraşdırılan hava hücumundan müdafiə sistemlərinin effektivliyi 99,9% təşkil edir.