BAKI, 24 iyun. TELEQRAF

Küveyt və Bəhreyn hakimiyyəti Dohadakı Əl-Udayd hərbi bazasına raket hücumundan sonra bağlanan hava məkanını açıb.

Teleqraf xəbər verir, baza ABŞ Hərbi Hava Qüvvələrinin Fars körfəzindəki ən böyük bazalarından biridir və ABŞ-nin İranın nüvə infrastrukturuna zərbələrinə cavab olaraq hücuma məruz qalıb.

Qeyd edək ki, ötən gün axşam saatlarında İraq, Küveyt və Bəhreyn İranın hücumlarına görə hava məkanını bağlayıb.

Qərar İranın ABŞ-nin Dohadakı Əl-Udeyd hərbi bazasına raket zərbəsi endirməsindən sonra verilib.

İranın ABŞ hərbi bazalarına qarşı əməliyyatı “Qələbə müjdəsi” adlanır.