BAKI, 23 iyun. TELEQRAF

Pentaqon Vaşinqtonun İrana endirdiyi zərbələrdə iştirak edən Amerikanın B-2 Spirit strateji bombardmançı təyyarələrinin video və fotolarını yayıb.

Teleqraf xəbər verir ki, kadrlarda bombardmançıların Midnight Hammer əməliyyatına hazırlaşdıqları, həmçinin Missuri ştatındakı Uaytmen Hərbi Hava Qüvvələri bazasına missiyadan sonra qayıtdıqları əks olunub.