
BAKI, 23 iyun. TELEQRAF
"İstənilən cavab tədbirləri və artan hərbi fəallıq yalnız sabitliyin pozulmasına gətirib çıxarır".
Teleqraf xəbər verir ki, bunu brifinqdə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik İranın ABŞ hərbi bazaları istiqamətində raketlər atması ilə bağlı xəbərləri şərh edərkən deyib.
O bildirib: “Döyüşlər və hərbi fəallığın artması, gələcək cavab tədbirləri, baş katibin qeyd etdiyi kimi, yalnız sabitliyi artırır".
ABŞ-nin İranın nüvə obyektlərinə zərbələr endirməsinin BMT Nizamnaməsinin müddəalarına zidd olub-olmaması ilə bağlı suala Düjarrik bildirib ki, dünya təşkilatı “beynəlxalq hüquqa əsaslanan çağırışlara” və dünya təşkilatının nizamnaməsinə əməl edir.