BAKI, 22 iyun. TELEQRAF

ABŞ İranın nüvə obyektlərinə hücum etməzdən əvvəl Almaniyanı məlumatlandırıb.

Teleqraf xəbər verir ki, bu barədə BİLD qəzeti məlumat yayıb.

Qeyd olunub ki, Almaniya Kansleri Fridrix Mertsin xarici siyasət müşaviri Günter Sautter gecə saatlarında ABŞ ilə sıx təmasda olub.

Xatırladaq ki, iyunun 21-dən 22-nə keçən gecə ABŞ İranın nüvə obyektlərinə hava zərbələri endirib.