BAKI, 21 iyun. TELEQRAF

İranla bağlı qərarı maksimum iki həftə təxirə salmaq olar.

Teleqraf BBC-yə istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.

O, İsrailin lehinə İranla müharibə edib-etməyəcəyi ilə bağlı qərarı barədə sualı belə cavabandırıb: "Mən onlara (İrana) vaxt verirəm və deyirəm ki, maksimum iki həftə gözləyə bilərəm".