BAKI, 20 iyun. TELEQRAF

Dövlət Duması Rusiyanın bölgələrinə qayıtmaqdan imtina edən tibb fakültəsinin məzunları üçün cərimələri artırmaq istəyir.

Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Söhbət dövlət hesabına təhsil alan və təhsilini başa vurduqdan sonra öz rayonuna qayıtmayan məzunlardan gedir.

Birinci kursda geri dönəcəyi ilə bağlı razılaşmanı pozan tələbə dövlətin ona sərf etdiyi bütün xərcləri qaytarmalı olacaq.