BAKI, 19 iyun. TELEQRAF

ABŞ yaxın günlərdə İrana mümkün zərbə üçün hazırlıqlara başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, bu həftənin sonu nəzərdə tutulan hücum planları müzakirə olunur: "Bir sıra federal qurumların rəhbərləri belə bir ssenariyə hazırlaşmağa başlayıblar. Eyni zamanda, Ağ Ev administrasiyası belə bir hazırlıq barədə rəsmi açıqlama verməyib.

CBS məlumatlı mənbələrə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranın Fordodakı nüvə obyektinə zərbə endirməkdə maraqlıdır. Trampın hazırkı fikri odur ki, obyekt qısa müddətdə potensial olaraq nüvə silahı istehsal edə biləcəyi üçün fəaliyyətdən kənarlaşdırılmalıdır.