BAKI, 19 iyun. TELEQRAF

Macarıstan səfirliyinin fəaliyyətini müvəqqəti olaraq İrandan Azərbaycana keçirib.

Teleqraf xəbər verir ki, bu barədə Macarıstan xarici işlər naziri Peter Siyarto bildirib.

Nazir deyib ki, diplomatlar və onların ailə üzvləri, ümumilikdə 15 nəfər, Azərbaycana təxliyə olunub.

"Təhlükəsizlik şəraiti normallaşana qədər Macarıstan səfirliyi fəaliyyətini müvəqqəti olaraq Azərbaycandan davam etdirəcək",- o qeyd edib.