BAKI, 19 iyun. TELEQRAF

Rusiya və Ukraynanın danışıqlar qrupları təmasdadır.

Teleqraf xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin belə deyib.

O bildirib ki, bu gün Moskvanı danışıqlarda təmsil edən qurpun rəhbəri Vladimir Medinski bu gün Kiyevdən olan tərəfdaşı ilə əlaqə saxlayıb.

V.Putin bildirib ki, danışıqlar qrupları növbəti raundun iyunun 22-dən sonra keçirilməsinə razılıq veriblər.