BAKI, 19 iyun. TELEQRAF

Rusiya Ukraynada sülh yolu ilə razılığa gələ bilməsə, hərbi yolla öz məqsədlərinə çatacaq.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin TASS-ın dünyanın aparıcı informasiya agentliklərinin rəhbərləri ilə təşkil etdiyi görüşdə deyib.

O bildirib: “Əlbəttə ki, sülh yolu ilə razılığa gələ bilməsək, hərbi yolla məqsədimizə çatacağıq".

***

01:56

Rusiya üçün Ukrayna tərəfdən danışıqları kimin aparacağının fərqi yoxdur.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin açıqlamasında bildirib.

O deyib: "Əsas odur ki, yekum mərhələdə sənədlərin altında legitim hökumətin imzası olsun".

V.Putin ukraynalı həmkarı ilə də görüşə biləcəyini vurğulayıb: "Mən hər kəslə, o cümlədən Zelenski ilə də görüşməyə hazıram... Əsas məsələ budur ki, sənədləri kim imzalayacaq".